...

"Mançester Yunayted" futbol klubunun sistemləri kiberhücuma məruz qalıb

İdman Materials 21 Noyabr 2020 07:31 (UTC +04:00)

Bakı. Trend:

İngiltərənin "Mançester Yunayted" futbol klubunun sistemləri kiberhücuma məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə komandanın mətbuat xidməti bildirib.

Qeyd edilib ki, bunun qarşısını almaq üçün sürətli tədbirlər görülüb:

"Hazırda hadisəni araşdırmaq və davam edən İT pozuntularını minimuma endirmək üçün eskpert məsləhətçilərlə çalışırıq".

Veb sayt və tətbiqetmə də daxil olmaqla klubun media kanallarına zərər dəyməyib. Həmçinin istifadəçilərin şəxsi məlumatlarının oğurlanması barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti