...

Türkiyə millisi "DÇ-2022"nin seçmə mərhəlisində Niderlandı məğlub edib

İdman Materials 24 Mart 2021 23:20 (UTC +04:00)
Türkiyə millisi "DÇ-2022"nin seçmə mərhəlisində Niderlandı məğlub edib

Bakı. Trend:

“DÇ-2022”nin Avropa zonası üzrə seçmə mərhələsində mübarizəyə start verilib.

Trend-in məlumatına görə, bu günə nəzərdə tutulan 13 qarşılaşmadan ikisi artıq başa çatıb.

G qrupunda Türkiyə millisi evdə Niderlandı 4:2 hesabı ilə məğlub edib. "Ay-ulduzlular"ın heyətində Burak Yılmaz het-trik edib. Otuz altı yaşlı hücumçu 15, 34 və 81-ci dəqiqələrdə fərqlənib. Digər qolu 46-cı dəqiqədə Hakan Çalhanoğlu vurub. Qonaqlardan isə 75-ci dəqiqədə Devi Klaassen və 77-ci dəqiqədə Lük de Yonq adlarını tabloya yazdırıb. Görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Niderland millisi penaltidən yararlana bilməyib. Memfis Depayın zərbəsinin qarşısını Uğurcan Çakır alıb.

Azərbaycan millisinin yer aldığı A qrupunda isə Qətər yığması Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Lüksemburqa minimal hesabla qalib gəlib. Yeganə qolu 12-ci dəqiqədə Məhəmməd Muntari vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti