...

"Atletiko" 11-ci dəfə İspaniya çempionu oldu

İdman Materials 22 May 2021 22:13 (UTC +04:00)
"Atletiko" 11-ci dəfə İspaniya çempionu oldu

Bakı. Trend:

"Atletiko Madrid" klubu futbol üzrə İspaniya çempionatının qalibi oldu.

Trend-in məlumatına görə, sonuncu 38-ci turun matçında Madrid komandası səfərdə "Valyadolid"i 2:1 hesabı ilə məğlub edib.

Qalib olanların heyətində Anxel Korrea (57-ci dəqiqə) və Luis Suares (67) vurublar. Meydan sahibləri tərəfindən qolu Oskar Plano (18) vurub.

Beləliklə, "Atletiko" 86 xal toplayaraq 11-ci dəfə İspaniya çempionu oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti