...

Messinin PSJ-dən qazanacağı gəlir açıqlanıb

İdman Materials 18 Sentyabr 2021 14:10 (UTC +04:00)
Messinin PSJ-dən qazanacağı gəlir açıqlanıb

Bakı. Orxan Nəbiyev - Trend:

Argentinalı futbolçu Lionel Messinin Fransanın "Paris Sen-Jermen" klubunda qazanacağı əməkhaqqı açıqlanıb.

Trend-in məlumatına görə, futbolçu Paris klubunda 110 milyon avro gəlir əldə edəcək.

Qeyd olunur ki, argentinalı ulduzun illik maaşı 30 milyon avro təşkil edir. Bununla yanaşı, o, PSJ-də daha iki mövsüm qalarsa, 20 milyon avro məbləğində "loyallıq bonusu" əldə edəcək.

Xatırladaq ki, ötən ay "Barselona"dan ayrlan L.Messi avqustn 10-da PSJ ilə üçillik müqavilə imzalamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti