Bakı. Orxan Nəbiyev - Trend:
Futbol üzrə 2022-ci il dünya çempionatının təşkili üçün Qətərin ilkin xərcləri 200 milyard dollar təşkil edir.
Trend-in məlumatına görə, bunu Qətərin Rusiyadakı səfiri Əhməd bin Nəsir əl-Tani TASS agentliyinə müsahibəsində deyib.
O bildirib ki, bu xərclərə stadionların tikintisi ilə yanaşı, metropoliten, hava limanları, dəniz limanı və yeni şəhərin tikintisi də daxildir.
Bu məbləğin 6,5 milyard dollara yaxını stadionların, məşq bazalarının tikintisi, azarkeşlər üçün xidmətlərin yaradılması işlərinə ayrılıb.
Qeyd edək ki, Qətərdə futbol üzrə dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.