...

Azərbaycan cüdoçuları dünya çempionatını iki medalla başa vurublar

İdman Materials 9 Oktyabr 2021 17:10 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycan komandası çıxışını başa vurub.

Trend xəbər verir ki, turnirin son günündə təmsilçimiz Nərmin Əmirli (78 kq) mübarizə aparıb. O ilk qarşılaşmasında kanadalı Korali Qodbuta uduzub.

Bununla da, komandamız çempionatı 2 medalla başa vurub. Belə ki, Turan Bayramov (60 kq) gümüş, Elcan Hacıyev (81 kq) bürünc medal qazanıblar.

Turnirdə 72 ölkədən 500-ə yaxın cüdoçu iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti