...

Tamaşaçıların dəstəyi xalçaya daha inamla çıxmağa kömək edir – Bədii gimnastika üzrə "Ocaq Sport" klubunun açıq birinciliyinin iştirakçısı

İdman Materials 1 İyun 2022 13:17 (UTC +04:00)
Tamaşaçıların dəstəyi xalçaya daha inamla çıxmağa kömək edir – Bədii gimnastika üzrə "Ocaq Sport" klubunun açıq birinciliyinin iştirakçısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə "Ocaq Sport" klubunun açıq birinciliyində tamaşaçıların dəstəyi xalçaya daha inamla çıxmağa kömək edir.

Bunu Trend-ə "Ocaq Sport" klubunun yetirməsi, gimnast İzabella Məhərrəmzadə deyib.

"Alətsiz çıxışım yaxşı alındı, razı qaldım. Birinciliyə ciddi şəkildə hazırlaşmışdım, məşqçinin məsləhətlərinə qulaq asırdım, onları dəqiqliklə icra etməyə çalışırdım. Mən həm də topla hərəkətlərdə çıxış edirəm, digər alətlər daha sonra proqramıma əlavə olunacaq", - gimnast deyib.

Qeyd edək ki, iyunun 1-2-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Ocaq Sport" klubunun 1-ci açıq birinciliyi keçirilir. Yarışlarda 248 gimnast çıxış edir, onlardan 202-i paytaxt idman klublarını, 46 nəfəri bölgələri təmsil edir.

İkigünlük yarışlarda idmançılar həm çoxnövçülük, həm fərdi proqramda, həm də qrup hərkətlərdə mübarizə aparacaqlar.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti