...

Ekvador millisi futbol üzrə dünya çempionatından kənarlaşdırıla bilər

İdman Materials 9 İyun 2022 15:42 (UTC +04:00)
Ekvador millisi futbol üzrə dünya çempionatından kənarlaşdırıla bilər
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ekvadorun futbol üzrə milli komandası 2022-ci il dünya çempionatından kənarlaşdırıla bilər.

Trend-in məlumatına görə, Beynəlxalq Futbol Federasiyasının (FIFA) bununla bağlı qərarı yaxın günlərdə verəcəyi gözlənilir.

Qeyd olunur ki, Ekvador komandasının üzvü Bayron Kastilyonun sənədlərini saxtalaşdırmaqla vətəndaşlıq aldığı üzə çıxıb. Belə ki, Kolumbiyada anadan olmuş futbolçu sənədində doğum yerini Ekvador kimi göstərib.

FIFA-nın ötən ay verdiyi açıqlamada bununla bağlı araşdırmaların başladığı bildirilirdi.

Ekvadorun yarışlardan kənarlaşdırılacağı təqdirdə onun yerinə Çili və ya Kolumbiya komandaları yollana bilər.

Qeyd edək ki, Cənubi Amerika üzrə seçmə yarışlarda dördüncü yeri tutmuş Ekvador dünya çempionatında ev sahibi Qətər, Niderland və Seneqalla birgə A qrupunda yer alır.

Dünya çempionatı bu il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti