...

“Zirə” Türkiyənin “Eyüpspor” komandası ilə üz-üzə gələcək

İdman Materials 6 İyul 2022 13:22 (UTC +04:00)
“Zirə” Türkiyənin “Eyüpspor” komandası ilə üz-üzə gələcək

Bakı. Trend:

Türkiyə təlim-məşq toplanışını davam etdirən “Zirə” futbol klubu bu gün növbəti yoxlama görüşünü keçirəcək.

Trend xəbər verir ki, baş məşqçi Rəşad Sadıqovun komandası Türkiyə Birinci Liqasında çıxış edən “Eyüpspor” klubu ilə üz-üzə gələcək. Boluda oynanılacaq görüş Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Qeyd edək ki, Bakı təmsilçisi ilk yoxlama görüşündə Rumıniyanın “Hermanşdadt” klubuna 1:2 uduzub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti