...

"Sabah" komandası "Turan Tovuz"u məğlub edib

İdman Materials 17 Sentyabr 2022 04:31 (UTC +04:00)
"Sabah" komandası "Turan Tovuz"u məğlub edib

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun açılış matçında "Sabah" komandası "Turan Tovuz"u qəbul edib.

Trend xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən qarşılaşma “Sabah"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 15-ci dəqiqədə paytaxt təmsilçisinin oyunçusu Davit Volkov açıb. 34-cü dəqiqədə Almaniyalı yarımmüdafiəçi Coy Lens Mikels ikinci qolu qapıdan keçirdikdən sonra əsgər salamı verib.

Bölgə klubunun hücumçusu Runi Eva 81-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb.

Əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə isə Elvin Camalov penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.

"Sabah" bu qələbədən sonra xallarının sayını 16-ya çatdıraraq liderliyə yüksəlib. 10 xalı olan "Turan Tovuz" isə 4-cü pillədə qalıb.

Xəbər lenti

Xəbər lenti