...

UEFA Çempionlar Liqası: "Çelsi" "Milan"ı darmadağın edib

İdman Materials 6 Oktyabr 2022 02:17 (UTC +04:00)
UEFA Çempionlar Liqası: "Çelsi" "Milan"ı darmadağın edib

Bakı. Trend:

İngiltərənin "Çelsi" futbol klubu UEFA Çempionlar Liqasının III turunda İtaliyanın "Milan"ına böyük hesabla məğlub edib.

Trend-in məlumatına görə, Londonun "Stemford Bric" stadionunda keçirilən oyun 3:0 hesabı ilə başa çatıb. Meydan sahibləri Uesli Fofana (24-cü dəqiqə), Pyer-Emerik Obameyanq (56) və Ris Ceymsin (62) qolları sayəsində qələbə qazanıb.

“Çelsi” və “Milan” dörd xalla E qrupunda ikinci və üçüncü yerdədirlər. Qrupda Avstriyanın “Zalsburq” klubu liderdir (5 xal), Xorvatiyanın “Dinamo” komandası turnir cədvəlində sonuncudur (3 xal).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti