Bakı. Trend:
Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı zamanı stadionlarda spirtli içki satışı qadağan olunacaq.
Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FIFA) bu gün yayımladığı bəyanatda deyilir.
Qeyd olunur ki, qərar FIFA rəhbərliyi ilə Qətər hökuməti arasında keçirilmiş müzakirələrdən sonra verilib.
Qərara əsasən, spirtli içkilər, o cümlədən, pivə yalnız xüsusi müəyyən olunmuş nöqtələrdə satıla biləcək.
Bir neçə ay əvvəl Qətər hökuməti bu qərarı elan etsə də, bir sıra etirazlardan sonra qərarı ləğv etmişdi.
Xatırladaq ki, 2022-ci il futbol üzrə dünya çempionatı noyabrın 20-də start götürəcək və dekabrın 18-dək davam edəcək.