...

Portuqaliya millisinin futbolçusu 140 milyon avroya transfer oluna bilər

İdman Materials 8 Dekabr 2022 03:47 (UTC +04:00)
Portuqaliya millisinin futbolçusu 140 milyon avroya transfer oluna bilər

Bakı. Trend:

"Atletiko Madrid" futbol klubu qış transfer pəncərəsində hücumçusu Joao Feliksi 140 milyon avroya satmağa hazırdır.

Trend-in məlumatına görə, bu barədə "Relevo" xəbər verib.

Mənbənin məlumatına görə, futbolçu ilə "Pari Sen-Jermen", "Bavariya" və "Çelsi" klubları maraqlanır.

İspaniya çempionatının cari mövsümündə J.Feliks 12 matçda iştirak edib və bu oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Qətərdə keçirilən dünya çempionatında portuqaliyalı futbolçu keçirilən üç görüşdə bir qol vurub, iki məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti