...

Fransa-Mərakeş matçının hakimləri məlum olub

İdman Materials 13 Dekabr 2022 01:45 (UTC +04:00)
Fransa-Mərakeş matçının hakimləri məlum olub

Bakı. Trend:

Fransa və Mərakeş milliləri arasında Qətərdə keçirilən dünya çempionatının yarımfinal oyununa meksikalı Sezar Ramos baş hakim təyin olunub.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Futbol Federasiyası məlumat yayıb.

Matçda Sezar Ramosa yan xətt hakimləri Alberto Morin və Migel Ernandes köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Xesus Valensuela yerinə yetirəcək.

Kanadalı Drü Fişer VAR hakimi, kolumbiyalı Nikolya Qallo isə onun köməkçisi olacaq.

Qeyd edək ki, Fransa-Mərakeş oyunu dekabrın 14-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti