...

Məşhur bolqar gimnast Katrin Taseva Bakıda ustad dərsi keçir (FOTO)

İdman Materials 4 Fevral 2023 17:04 (UTC +04:00)
Məşhur bolqar gimnast Katrin Taseva Bakıda ustad dərsi keçir (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakı Olimpiya İdman Kompleksində məşhur bolqarıstanlı gimnast, bədii gimnastika üzrə dünya çempionatının gümüş mükafatçısı Katrin Tasevanın rəhbərliyi ilə ustad dərsi keçirilir.

Trend şənbə günü xəbər verir ki, ustad dərsinin iştirakçıları Azərbaycanın regionlarında və paytaxtında fəaliyyət göstərən gimnastika dərnəklərinin və bədii gimnastika kafedralarının yetirmələridir.

Ustad dərsində 7-17 yaş arası 160 gənc gənc iştirak edir.

Dərslər zamanı Katrin Taseva öz təcrübəsini bölüşür, gimnastika elementlərini yerinə yetirməyi və əşyalarla işləməyi nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti