...

Gənc gimnastlarımız bu yarışlara səylə hazırlaşıblar - Natəvan Fərmanova

İdman Materials 14 Mart 2023 20:16 (UTC +04:00)
Gənc gimnastlarımız bu yarışlara səylə hazırlaşıblar - Natəvan Fərmanova
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Yetirmələrim qadın i̇dman gi̇mnasti̇kası üzrə 7-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatına səylə hazırlaşıblar.

Bu barədə Trend-ə "Ocaq Sport" klubunun qadın i̇dman gi̇mnasti̇kası üzrə məşqçisi Natəvan Fərmanova deyib.

"Yarışlarda altı yetirməm iştirak edir, onlara əhsən düşür, yaxşı nəticə göstərmək üçün çox çalışıblar. Bu gün yarışların ilk günüdür, artıq sabahkı çıxışa hazırlaşmaq lazımdır. İştirak etdiyimiz Respublika çempionatları və birincilikləri ilə yanaşı, bizdə həmçinin klub turnirləri keçirilir. Yarışlar nə qədər çox olarsa, uşaqların təcrübəsi bir o qədər artır", - o qeyd edib

Natəvan Fərmanovanın sözlərinə görə, uşaqlar arasında idman gimnastikasın maraq çox böyükdür.

"Bizdə seksiyalara yığmalar keçirilir, uşaqların özlərini göstərmələrinə imkan yaratmağa çalışırıq. Azərbaycan Gimnastika Federasiyasına bölgələrdə çox yaxşı şəraitdə təlim-məşq toplantıları keçirmək imkanı yaratdığına görə minnətdarlığımı bildirirəm. Bu, idmançıların hazırlığında mühüm məqamdır", - o əlavə edib.

Qeyd edək ki, 14-16 mart tarixləri arasında Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında ki̇şi̇ i̇dman gi̇mnasti̇kası və akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇, qadın i̇dman gi̇mnasti̇kası üzrə 7-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatı keçirilir.

Yarışlarda “Ocaq Sport” Klubu, “Neftçi” İdman klubu, Bakı Gimnastika Məktəbi, “Qarabağ” İdman Klubu (Bərdə), 13 nörməli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri iştirak edirlər.

Kişi idman gimnastikasının nümayəndələri yarışlarda kiçiklər, balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında yarışlarda çıxış edəcəklər.

Qadın idman gimnastikasının nümayəndələri uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.

Yarışlarda akrobatika gimnastikası üzrə idmançılar balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti