...

Şabranda Uşaq futbolunun inkişafına həsr olunmuş regional tədbir keçirilib (FOTO)

İdman Materials 15 Mart 2023 12:17 (UTC +04:00)
Şabranda Uşaq futbolunun inkişafına həsr olunmuş regional tədbir keçirilib (FOTO)

Bakı. Trend:

14 mart 2023-cü il tarixində AFFA-nın və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şabranda Uşaq futbolunun inkişafına həsr olunmuş regional tədbir keçirilmişdir.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, bu qurumun baş katibi Asim Xudiyev, Şabran Rayon Gənclər və İdman İdarəsinin müdiri Süleyman Əliməmmədov, Sumqayıt şəhər, Siyəzən, Şabran, Xızı, Quba və Qusar rayonlarını təmsil edən uşaq futbol məşqçiləri iştirak ediblər. Tədbir iştirakşıları tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkili çəkdirdilər.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Uşaq və Gənclər Futbol Federasiyasının baş katibi Asim Xudiyev, Qusardan Kamran Əlibabayev, Şabrandan Süleyman Əliməmmədov, Qubadan Emin Əmiraslanov, Xızıdan Emin Əsədov, Sumqayıtdan Firdovsi Mehralıyev və Daşqın Əliyev şıxış edərək şimal bölgəsində uşaq futbolunun inkişafı, bu sahədə mövcud olan çətinliklər və onların aradan qaldırılması yolları barədə fikirlərini bildirmişlər.

Nümayyəndələrin çıxışlarında əsasən yerlərdə süni örtüklü idman meydançalarının çatışmamazlığı, məvcud meydançalarda süni örtüklərin dəyişdirilməsi və yarışların təşkilində maliyyə çətinliklərinin mövcudluğu bildirilmişdir. Nümayyəndələr tərəfindən verilən müxtəlif sullara və təkliflərə Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev tərəfindən münasibət bildirilmişdir. Şimal Regional Futbol Federasiyası İctimai Birliyinin rəhbərliyinə mövcud çətinliklərin həll edilməsi məqsədilə və təkliflərlə bağlı AFFA-nın rəhbərliyinə müraciət edilməsi tövsiyə edilmişdir.Tədbirin sonunda uşaq futbol məşqçilərinə AFFA tərəfindən hədiyyələr təqdim edildi.

Xəbər lenti

Xəbər lenti