...

Messi Avropa klubları arasında ən çox qol vurma rekordunu qırıb

İdman Materials 9 Aprel 2023 04:53 (UTC +04:00)
Messi Avropa klubları arasında ən çox qol vurma rekordunu qırıb

Bakı. Trend:

Fransanın "PSJ" futbol klubunun argentinalı hücumçusu Lionel Messi Fransa çempionatının 30-cu turunda “Nitsa” ilə oyunda qol vurub.

Trend-in məlumatına görə, o, 26-cı dəqiqədə Nuno Mendeşin ötürməsi ilə hesabı açıb. Oyun parislilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qol L.Messi üçün Avropa klubunda çıxış edərkən vurduğu 702-ci qol olub. Hücumçu "Barselona"nın heyətində 672, "PSJ"də isə 30 qol vurub. “Nitsa”ya top sayəsində L.Messi bu göstərici üzrə rekorda imza atlb. Ondan əvvəl Avropa klubları arasında qol rekordu Kriştianu Ronaldoya məxsus idi. K.Ronaldo 701 qol vurub ("Real Madrid"in heyətində 450, "Mançester Yunayted"də 145, "Yuventus"da 101, "Sportinq"də 5).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti