...

Formula 1 Azərbaycan Qran Prisinin təşkili ən yüksək qiymətə layiqdir - Cənubi Afrikadan olan azarkeş

İdman Materials 30 Aprel 2023 18:07 (UTC +04:00)
Formula 1 Azərbaycan Qran Prisinin təşkili ən yüksək qiymətə layiqdir - Cənubi Afrikadan olan azarkeş
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Formula 1 Azərbaycan Qran Prisinin təşkili ən yüksək qiymətə layiqdir.

Bunu bazar günü Trend-ə Cənubi Afrikadan olan azarkeş Niko Ostheyzen deyib.

"Mən əslən Cənubi Afrikadanam, amma beş ildir ki, gözəl Bakıda yaşayıram və işləyirəm. Azərbaycanın paytaxtına olan sevgimi sözlə ifadə etmək mümkün deyil. Burada özümü çox yaxşı hiss edirəm, hətta sizin dilinizi başa düşürəm və öyrənirəm. Yarışa gəlincə, artıq bir neçə ildir ki, Bakıda keçirilən yarışları izləyirəm. Hər il yarışın özü və bu tədbirin şərəfinə təşkil edilən şou proqramlar getdikcə daha maraqlı olur. Dünyaca məşhur DJ-lərin iştirakı ilə axşam konsertləri biz azarkeşləri çox ruhlandırır", - deyə o bildirib.

Qeyd edək ki, 2023 Formula 1 Azərbaycan Qran Prisinin əsas yarışı aprelin 30-da baş tutub.

İki saat davam edən yarışın sonunda "Red Bull" pilotu Serxio Peres qalib gəlib. Peresin komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti