...

Formula 1 Azərbaycan Qran Prisi üçün hər il Bakıya gəlməyə hazıram - Filippindən olan azarkeş

İdman Materials 30 Aprel 2023 18:42 (UTC +04:00)
Formula 1 Azərbaycan Qran Prisi üçün hər il Bakıya gəlməyə hazıram - Filippindən olan azarkeş
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Mən hər il Formula 1 Azərbaycan Qran Prisi üçün Bakıya gəlməyə hazıram.

Bunu bazar günü Trend-ə Filippindən olan azarkeş Coel Podjas deyib.

"Mən ölkənizin qonaqpərvərliyi ilə çoxdan tanışam. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Bu dəfəki səfərimin məqsədi Bakı şəhərində dünyaca məşhur yarışa şahid olmaqdır. Deyə bilərəm ki, Bakı treki hər cəhətdən əladır. Mən Fernando Alonsonun fanatıyam. Mən həm yarışın özü, həm də ləzzətli yeməklər və mehriban insanlara görə ölkənizə dəfələrlə səfər etməyə hazıram", - deyə o bildirib.

Qeyd edək ki, 2023 Formula 1 Azərbaycan Qran Prisinin əsas yarışı aprelin 30-da baş tutub.

İki saat davam edən yarışın sonunda "Red Bull" pilotu Serxio Peres qalib gəlib. Peresin komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti