...

Hər kəs həyatında heç olmasa bir dəfə Formula 1 Azərbaycan Qran Prisini ziyarət etməlidir - Çindən olan azarkeş

İdman Materials 30 Aprel 2023 20:31 (UTC +04:00)
Hər kəs həyatında heç olmasa bir dəfə Formula 1 Azərbaycan Qran Prisini ziyarət etməlidir - Çindən olan azarkeş
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Hər kəs həyatında heç olmasa bir dəfə Formula 1 Azərbaycan Qran Prisini ziyarət etməlidir.

Bunu bazar günü Trend-ə Çindən olan azarkeş Maykl Li deyib.

Onun sözlərinə görə, Bakı treki cəlbedicidir, çünki trek şəhərin gözəl memarlığının mənzərəsini təqdim edir.

"Ailəm və mən bura 4 gün əvvəl gəldik, 3 günü yarışlara xərclədik. Mən Aston Martin komandasından Fernando Alonsonun azarkeşiyəm. Övladlarım Ferrari komandasını, xüsusən də Şarl Lekleri dəstəkləyir. Bu yarışlarda hamımız inanılmaz emosiyalar yaşadıq və ölkənizin bütün ab-havasını hiss etdik. Biz gələn il yenidən Bakıya gəlməyi planlaşdırırıq və insanların qonaqpərvərliyindən, görməli yerlərdən, musiqidən və təbii ki, yeməklərdən həzz alırıq", - deyə o bildirib.

Qeyd edək ki, 2023 Formula 1 Azərbaycan Qran Prisinin əsas yarışı aprelin 30-da baş tutub.

İki saat davam edən yarışın sonunda "Red Bull" pilotu Serxio Peres qalib gəlib. Peresin komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti