...

Bakıda Avropa çempionatı: fərdi proqram üzrə qaliblərin mükafatlandırılması mərasimi baş tutub (FOTO)

İdman Materials 21 May 2023 19:36 (UTC +04:00)
Bakıda Avropa çempionatı: fərdi proqram üzrə qaliblərin mükafatlandırılması mərasimi baş tutub (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 21-də Bakıda Milli Gimnastika Arenasında fbədii gimnastika üzrə 39-cu Avropa çempionatının fərdi proqramda çıxış edən gimnastları arasında qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

Trend xəbər verir ki, halqa, top, gürzlər və lentlə fərdi hərəkətlər proqramında qalib və mükafatçılar mükafatlandırılıb.

Halqa ilə hərəkətlərdə Viktoriya Onoprienko (Ukrayna) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, Adi Asya Kats (İsrail) ikinci, Boryana Kaleyn (Bolqarıstan) üçüncü yeri tutub.

Topla hərəkətlərdə qızıl medalı Sofiya Raffaeli (İtaliya), gümüş medalı Stilyana Nikolova (Bolqarıstan), bürünc medalı Zöhrə Ağamirova (Azərbaycan) qazanıb.

Gürzlərlə ən yaxşı nəticəni Sofiya Raffaeli (İtaliya) göstərib. İkinci yeri Boryana Kaleyn (Bolqarıstan), üçüncü yeri Yekaterina Vedeneyeva (Sloveniya) tutub.

Lentlə hərəkətdə almaniyalı Darya Varfolomeyev qızıl, Yeva Brezaliyeva (Bolqarıstan) gümüş, Stilyana Nikolova (Bolqarıstan) isə bürünc medala sahib olublar.

Mükafatları Avropa Gimnastika Federasiyasının vitse-prezidenti Edvard Kolar, Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə, Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov təqdim edib.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti