...

İtaliyalı velosipedçi “Əziz Şuşa" beynəlxalq yarışının dördüncü mərhələsinin qalibi olub (FOTO)

İdman Materials 10 İyun 2023 14:10 (UTC +04:00)
İtaliyalı velosipedçi “Əziz Şuşa" beynəlxalq yarışının dördüncü mərhələsinin qalibi olub (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Göygöl. Trend:

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsinə yekun vurulub.

Trend xəbər verir ki, Gəncə İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə Göygöl Milli Parkında yekunlaşıb.

İdmançılar Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vuraraq, 102,9 km məsafə qət ediblər. Finişə hamıdan tez çatan velosipedçi italiyalı Alessandro Monako olub. Onun komanda yoldaşı Emanuele Ansolini ikinci, Qazaxıstan təmsilçisi Rudolf Remxi üçüncü yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti