...

Qılıncoynadanlardan ibarət Azərbaycan millisi mübarizəni dayandırıb

İdman Materials 30 İyun 2023 11:53 (UTC +04:00)
Qılıncoynadanlardan ibarət Azərbaycan millisi mübarizəni dayandırıb

Bakı. Trend:

Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növü üzrə kişilər arasında komanda yarışlarına start verilib.

Trend-in yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənovdan ibarət Azərbaycan millisi 1/8 finala vəsiqə uğrunda Estoniya ilə qarşılaşıb.

Rəqibinə 41:43 hesabı ilə məğlub olan komanda mübarizəni dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti