...

“Qarabağ” – “Braqa” oyununun biletləri satışa çıxarıldı

İdman Materials 9 Fevral 2024 12:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək cavab oyununun biletləri satışa çıxarılıb.

Ağdam klubundan Trend-ə verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti, müvafiq olaraq, 5, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorları üçün biletlər isə 300 manata satılır.

Biletləri müvafiq satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev sarayının kassalarından əldə etmək olar.

Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Xəbər lenti

Xəbər lenti