...

Azərbaycan atletləri “Balkan Qış Çempionatı”nda iştirak edəcəklər

İdman Materials 10 Fevral 2024 15:01 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Türkiyənin İstanbul şəhərində start götürəcək XXVIII “Balkan Qış Çempionatı”nda Azərbaycanı təmsil edəcək atletlər bəlli olub.

Azərbaycan Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda milli komandanın beş üzvü mübarizə aparacaq.

Yekaterina Sarıyeva və Rüstəm Məmmədov üç təkanla tullanma, Kəsgin Abbaszadə uzunluğa tullanma, Lamiyə Vəliyeva 400 metr, Əlhəm Nağıyev isə 60 metr məsafəyə qaçış üzrə qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 21 ölkədən 108 qadın, 131 kişi atlet olmaqla ümumilikdə 239 idmançı yarışacaq.

Xəbər lenti

Xəbər lenti