Bakı. Trend:
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarının rəmzi komandası açıqlanıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, həftənin “11-liy”ini “Sofascore” tərtib edib.
Portuqaliya “Braqa”sı ilə evdəki matçda 2:3 hesabı ilə uduzan, lakin iki oyunun yekununda 6:5 hesablı üstünlüklə 1/8 finala adlayan “Qarabağ” da “11-lik”də təmsil olunub. Monteneqrolu yarımmüdafiəçi Marko Yankoviç rəmzi komandaya daxil edilib.
Qapıçı: David von Ballmus (“Yanq Boyz”);
Müdafiəçilər: Teo Ernendes (“Milan”), Nikolas Otamendi (“Benfika”), David Hançko (“Feyenord”);
Yarımmüdafiəçilər: Marko Yankoviç (“Qarabağ”), Angelo Presiado (“Sparta”), Alvaro Calo (“Braqa”), Bencamin Burijo (“Renn”);
Hücumçu: Rocer Fernandes (“Braqa”), İndrit Tuçi (“Sparta”), Roland Sallai (“Frayburq”).
Qeyd edək ki, ötən həftə keçirilən ilk oyunlardan sonra qapıçı Andrey Lunyov, yarımmüdafiəçilər Abdulla Zubir, Marko Yankoviç “11-lik”də yer almışdı.