...

“Bavariya” revanş arzusunda, PSJ səfər sınağında

İdman Materials 5 Mart 2024 15:15 (UTC +04:00)

Bakı. Trend:

Çempionlar Liqasında 1/8 finalın cavab oyunlarına start veriləcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.

1/4 finala ilk vəsiqələrin sahiblərinin müəyyənləşəcəyi bu matçlarda “Böyük beşlik” təmsilçiləri üz-üzə gələcək. “Bavariya” “Latsio” ilə evdə qarşılaşacaq. Almaniya təmsilçisi minimalhesablı məğlubiyyətin revanşını almağa çalışacaq.

İspaniyada “Real Sosyedad” PSJ ilə görüşəcək. Fransa klubu iki topluq üstünlüyü qorumaq üçün meydana çıxacaq.

Qeyd edək ki, 1/8 finalın iki görüşü martın 6-da, digər qarşılaşmaları 12-13-də baş tutacaq.

Çempionlar Liqası
1/8 final, cavab oyunları
5 mart
00:00. “Bavariya” – “Latsio”

İlk oyun – 0:1

00:00. “Real Sosyedad” – PSJ
İlk oyun – 0:2

Xəbər lenti

Xəbər lenti