...

Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər (FOTO)

İdman Materials 11 Aprel 2024 17:01 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 12-də Qırğızıstanın paytaxtı Bişkekdə bədii gimnastika üzrə “Kelechek” adlı beynəlxalq turnir start götürəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan yığması da iştirak edəcək.

Xalçaya bədii gimnastika üzrə məşqçi Valentina Ukleynanın rəhbərliyi altında gənc gimnastlar - Zəhra Cəfərova, Mədinə Abbaslı və Şəms Müvəffəqi çıxacaqlar.

Qeyd edək ki, yarışda hakim Dilbər İbrahimova da ölkəmizi təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti