...

Rusiyalı qapıçı PSJ-yə transfer olunub

İdman Materials 28 May 2024 23:12 (UTC +04:00)

Bakı. Trend:

PSJ Rusiya yığmasının qapıçısını transfer edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Matvey Safonov Paris klubu ilə 5 illik müqavilə imzalayıb.

Qolkiperin çıxış etdiyi “Krasnodar” bu transferdən 20 milyon avro qazanıb. Safonovun yaxın günlərdə tibbi müayinədən keçəcək.

Qeyd edək ki, 25 yaşlı qapıçı “Krasnodar” klubunun yetirməsidir. O, başa çatan Rusiya çempionatında 30 oyunda meydana çıxıb və qapısından 37 top buraxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti