...

“Neftçi” baş icraçı direktoru Fərrux Mahmudovla vidalaşıb

İdman Materials 31 May 2024 12:06 (UTC +04:00)

Bakı. Trend:

“Neftçi”nın baş icraçı direktoru Fərrux Mahmudov klub ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə “ağ-qaralar” açıqlama yayıb.

Bakı təmsilçisi fəaliyyəti ərzində uzunmüddətli perspektivdə müsbət dəyişikliyə səbəb olacaq yeni işlərin təməlinin qoyulmasında göstərdiyi xidmətlərə görə sabiq baş icraçı direktora təşəkkür edib, gələcək karyerasında uğurlar diləyib.

Qeyd edək ki, Fərrux Mahmudov 2023-cü ilin iyulundan klubun baş icraçı direktoru seçilib. “Neftçi” isə son mövsümü Premyer Liqada 5-ci yerdə başa vurub və avrokuboklardan kənar qalıb.

Xəbər lenti

Xəbər lenti