Bakı. Trend:
“Səbail” Süleyman Əhmədovla başa çatan müqavilənin müddətini yeniləyib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə 1 illik yeni saziş əldə olunub.
Əhmədov Bakı təmsilçinin heyətində ötən mövsüm Premyer Liqada 12 oyunda (565 dəqiqə) meydana çıxıb.