...

Özümü millidə oynamağa hazır hiss edirəm - Fərid Nəbiyev (MÜSAHİBƏ)

İdman Materials 6 İyun 2024 13:37 (UTC +04:00)

Bakı. Trend:

“Səbail”in yeni transferi Fərid Nəbiyevin İdman.bizə müsahibə verib.

Trend İdman.biz-ə istinadən müsahibəni təqdim edir:

-“Turan Tovuz”u “Səbail”ə dəyişdiz. Keçid necə alındı?

-“Səbail”dən yaxşı təklif aldım və qəbul etdim. Perspektivli komandadır, yaxşı kollektivi var. Bundan sonra mən də “Səbail”in daha da uğurlu çıxışı üçün çalışacam.

- Başqa klublardan da təklif vardı, yoxsa...?

- Digər təkliflərim də oldu. Amma “Səbail”dən aldığım təklifin karyeram üçün daha uğurlu olacağını düşündüm. Buna görə də seçimim bu klub oldu.

- Bakı klubunda hədəflərin nə olacaq?

- Həmişə komandama uğur qazandırmağı, faydalı olmağı qarşıma məqsəd qoymuşam. Ümid edirəm ki, keçidim ilk növbədə “Səbail”, sonra isə mənim üçün uğurlu olar. Bunun üçün var gücümlə çalışacam.

- “Turan Tovuz”dan getməyinə baş məşqçi Ayxan Abbasovun komandadan ayrılması nə qədər təsir etdi?

- Ayxan müəllim yaxşı insan və yaxşı məşqçidir. Karyerasında uğurlar arzu edirəm. Artıq başqa klubdayam. Fikirlərim də ancaq komandamla bağlıdır.

- Bir müddət Çexiyada legioner həyatı yaşadın. Artıq xarici klublarda oynamaq istəyin yoxdu?

- Hazırda “Səbail”lə müqavilə imzalamışam və bütün diqqətim komandamdadır.

- Milli komandaya dəvət almırsan. Özünü yığmaya hazır sayırsan?

- Yığma komandanın formasını geyinmək hər bir futbolçu üçün qürurverici hissdir. Təbii ki, özümü millidə oynamağa hazır hiss edirəm. Amma yığma ilə bağlı qərarları baş məşqçi verir. Onun qərarlarına hörmətlə yanaşmalıyıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti