...

"Səbail" ispaniyalı futbolçunun transferini açıqlayıb

İdman Materials 9 İyul 2024 19:54 (UTC +04:00)
"Səbail" ispaniyalı futbolçunun transferini açıqlayıb

Bakı. Trend:

“Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, komanda Qorka Laruçça ilə 1 illik müqavilə imzalayıb.

İspaniyalı futbolçunun çıxış etdiyi son klub Bolqarıstan “Etar”ı olub. 31 yaşlı dayaq yarımmüdafiəçisi komandada 8 nömrəli formada çıxış edəcək. Laruçça 2023/2024 mövsümünün birinci hissəsini Buxarest "Dinamo"sunda keçirib. O, "Dinamo"da 16, fevralda qoşulduğu "Etar"da isə 14 oyunda meydana çıxıb.

Qeyd edək ki, "Səbail" bundan əvvəl ukraynalı Dmitri Litvin və albaniyalı Amir Bilali ilə müqavilə bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti