Bakı. Trend:
Kolumbiya Futbol Federasiyasının prezidenti Ramon Xesurun Amerika kubokunun finalından sonra saxlanılıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, buna səbəb onun oğlu ilə birlikdə stadionun girişində dava salması olub.
71 yaşlı Xesurun arenanın VIP zonasına keçmək üçün liftə minə bilmədiyi üçün çaxnaşma yaradıb. Muhafizəçilər onu və oğlunu bu hərəkətinə görə saxlayıblar. Günahkarlar məhkəmə qarşısına çıxacaqlar.
Qeyd edək ki, Mayamidə keçirilən final matçı təşkilatçılıq baxımından ciddi tənqidlərlə üzləşib. Argentinanın Kolumbiyanı 1:0 hesabı ilə məğlub etdiyi oyunu bu səbəbdən təxminə 1 saat gec başlayıb.