...

UEFA-dan növbəti təyinat

İdman Materials 19 İyul 2024 15:41 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Paksi” (Macarıstan) - AEK (Larnaka, Kipr) görüşünün hakim-inspektoru olacaq.

Qeyd edək ki, matç iyulun 25-də Paksi şəhərinin eyniadlı stadionunda baş tutacaq.

Xəbər lenti

Xəbər lenti