Paris. Trend
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.
Trend-in Fransaya ezam olunmuş əməkdaşının məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Gürcüstanlı Givi Matçaraşvili ilə qarşılaşıb.
Bu mübarizədə idmançımız rəqibinə 0:5 hesabı ilə məğlub olub. Buna baxmayaraq Maqomedxan medal qazanmaq şansını itirməyib. O, bürünc medal uğrunda yarışacaq. İdmançımızın rəqibi isə təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək. Həm bürünc medal uğrunda yarışlar, həm də təsəlliverici görüşlər sabah keçiriləcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.