“Neftçi” “Qarabağ”ı öz stadionunda qəbul edəcək

İdman Materials 21 Avqust 2024 14:46 (UTC +04:00)
“Neftçi” “Qarabağ”ı öz stadionunda qəbul edəcək

Bakı. Trend:

“Neftçi Arena”nın ot örtüyü ilə bağlı son duruma aydınlıq gəlib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bununla bağlı klubun koordinatoru Rüstəm Əfsərli açıqlama verib.

O bildirib ki, stadionun ot örütüyünün yaxşı vəziyyətə gətirilməsi ilə bağlı işləri aparılır:

“Ciddi irəliləyiş var. Sentyabrın 20-də “Qarabağ”la oyunu məhz “Neftçi Arena”da keçirəcəyik. Uzun müddətdir stadionda bu məsələ ilə bağlı kiçik işlər aparılıb”.

Onun sözlərinə görə, mövsümün əvvəlində də ot örtüyü istənilən səviyyədə olmayıb:

“Ürəyimizcə deyildi. İlk matçda azarkeşlərin istəyinə qarşı olmamaq üçün oyunu evimizdə keçirdik”.

Xəbər lenti

Xəbər lenti