...

“Neftçi”nin futbolçusunun cəzası ilə bağlı QƏRAR

İdman Materials 22 Avqust 2024 17:43 (UTC +04:00)
“Neftçi”nin futbolçusunun cəzası ilə bağlı QƏRAR

Bakı. Trend:

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığıncaqda “Neftçi”nin apellyasiya şikayətinə baxılıb.

Müraciət qismən təmin edilib. Azərbaycan Premyer Liqasının II turunun “Səbail” – “Neftçi” oyunu bitdikdən sonra azarkeşlərə kənar əşya atan Ervin Koffinin cəzası yüngülləşdirilib.

2 oyun cəzalanan legionerə tətbiq olunan diskvalifikasiyanın çəkilməmiş hissəsi, yəni 1 matçı şərti xarakter daşıyacaq. Ona 3 ay sınaq müddəti təyin edilib. “Neftçi”nin 2000 manat cərimə edilməsi ilə bağlı qərar dəyişməz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti