...

Daniel Abbasov-Murad Rəfiyev dueti bürünc qazanıb

İdman Materials 22 Sentyabr 2024 19:18 (UTC +04:00)
Daniel Abbasov-Murad Rəfiyev dueti bürünc qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Daniel Abbasov-Murad Rəfiyev dueti Gimarayşda keçirilən akrobatika üzrə dünya çempionatında növbəti medalı qazanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, gimanstlarımız bürünc medala layiq görülüblər.

Azərbaycanlı cütlük temp hərəkətləri zamanı 27,420 bal toplayıb. Daniel Abbasov-Murad Rəfiyev dueti qarışıq və balans hərəkətlərində dünya çempionatının qalibi olub.

Qeyd edək ki, ölkəmiz mundialda 6-cı medalını əldə edib. Komandamızın hesabında 4 qızıl, 1 gümüş və 1 bürünc medal var.

Xəbər lenti

Xəbər lenti