...

Ronaldinyo ABŞ futbol klubunun ortaq sahibi oldu

İdman Materials 10 Oktyabr 2024 23:57 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ronaldinyo ABŞ-nin "Qrinvil Triumf" futbol klubunun səhmdarı olub.

Trend-in verdiyi xəbərə görə, Cənubi Karolina ştatından olan bu komanda 2018-ci ildə təsis edilib və hazırda ABŞ üçüncü liqasında çıxış edir.

44 yaşlı Ronaldinyo oktyabrın 9-da Nyu-York Birjasında müqavilə imzalayaraq "Qrinvil Triumf" klubunun səhmdarı kimi təqdim edilib.

2018-ci ildə futbolu buraxan Ronaldinyo karyerası ərzində "Qremio", "Flamenqo", "Atletiko Mineyro", "Fluminense", "PSJ", "Barselona", "Milan" və "Keretaro" kimi məşhur klublarda çıxış edib.

Xəbər lenti

Xəbər lenti