...

Şəhriyar Məmmədyarov dörddəbir final mərhələsinə qələbə ilə başladı, Teymur Rəcəbov büdrədi

İdman Materials 8 Fevral 2025 15:55 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının dörddəbir final mərhələsinin ilk oyunları keçirilib.

Trend xəbər verir ki, turnirin favoritlərindən yalnız Şəhriyar Məmmədyarov qalib gəlib, Teymur Rəcəbov isə heç-heçə edib.

Dörddəbir finalın ilk oyunlarının nəticələri:

Şəhriyar Məmmədyarov - Maqomed Muradlı - 1:0;

Misrəddin İsgəndərov - Aydın Süleymanlı - 0.5:0.5;

Rauf Məmmədov - Əhməd Əhmədzadə - 0.5:0.5;

Vüqar Əsədli - Teymur Rəcəbov - 0.5:0.5;

Gülnar Məmmədova - Xanım Balacayeva - 0.5:0.5;

Ülviyyə Fətəliyeva - Zeynəb Məmmədyarov - 1:0;

Türkan Məmmədyarov - Gövhər Beydullaeva - 1:0.

Xatırladırıq ki, kişilər arasında turnirin qalibi 20 000 manat, qadınların qalibi isə 10 000 manat mükafat alacaq.

Xəbər lenti

Xəbər lenti