Bakı. Trend:
"Barselona" klubunun prezidenti Xuan Laporta Bakıya səfər edib.
Trend xəbər verir ki, Laporta dünən axşam saatlarında paytaxta gəlib.
Laportanın səfərinin əsas məqsədi Azərbaycanda yeni futbol akademiyasının yaradılmasıdır. La Liqa təmsilçisi bu layihəyə yerli investorları da cəlb etməyi planlaşdırır. Səfər çərçivəsində Laportaya "Barselona"nın direktorları Xuan Soler və Xavyer Puiq də müşayiət edir.
Qeyd edək ki, Xuan Laporta 2024-cü ilin noyabrında da Bakıda olub. O, həmin vaxt COP29 çərçivəsində ölkəmizə səfər etmişdi.