...

Azərbaycan çempionatları tarixində bu nəticə 400-cü dəfə qeydə alınıb

İdman Materials 31 Mart 2025 13:31 (UTC +04:00)
Azərbaycan çempionatları tarixində bu nəticə 400-cü dəfə qeydə alınıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Misli Premyer Liqasının XXVIII turunun son matçında “Zirə” “Şamaxı”nı 3:0 hesabı ilə məğlub edib. Bu nəticə Azərbaycan çempionatları tarixində 400-cü dəfə qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Vurğulanıb ki, turnirdə ilk 3:0-a 1992-ci il mayın 3-də təsadüf olunub. Həmin gün “Pambıqçı” (Bərdə) “Şirvan”a (Kürdəmir) 3 cavabsız qolla qalib gəlib. Çempionatın 33 illik tarixində 3:0 hesabı ilə ən çox qələbə qazanan komanda “Qarabağ”dır – 65 dəfə. “Neftçi” 41, “Kəpəz” 31 dəfə üç cavabsız qola sevinib.

Gəncə təmsilçisi həm də hamıdan çox – 27 dəfə 0:3-ə üzülüb. MOİK 25, “Qəbələ” 22 dəfə belə məğlubiyyət alıb.

Qeyd edilib ki, “Zirə” və “Şamaxı” üçün bu nəticə 12-ci olub. Bakı klubu bu hesabla 12-ci qələbəsini qazanıbsa, qonaqlar 12-ci dəfə üç cavabsız qolla uduzublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti