Bakı. Trend:
"Kəpəz"lə müqaviləsi başa çatan azərbaycanlı futbolçu Turan Manafov karyerasını Cənubi Afrika Respublikasında davam etdirəcək.
Trend-in Teleqraf.com-a istinadən verdiyi məlumata görə, 26 yaşlı müdafiəçi “Stellenboş” klubu ilə 3+2 illik müqavilə imzalayacaq.
Tərəflər artıq yekun razılığa gəliblər və yaxın günlərdə rəsmi müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, “Stellenboş” Cənubi Afrika Premyer Liqasının son mövsümünü ikinci pillədə başa vurub. Turan Manafova Rumıniyadan da təklif gəlsə də, təklif olunan şərtlər Cənubi Afrika klubunun təqdim etdikləri ilə müqayisədə daha az cəlbedici olub.
“Neftçi” futbol akademiyasının yetirməsi olan Manafov 2024/2025 mövsümünü “Kəpəz”in heyətində keçirib. O, Cənubi Afrika Respublikasında çıxış edən ilk azərbaycanlı futbolçu kimi tarixə düşəcək.