...

İranın İsfahandakı nüvə obyekti hücuma məruz qalmayıb - Beynəlxalq Atom Enerji Agentliyi

Dünya xəbərləri Materials 13 İyun 2025 11:11 (UTC +04:00)
İranın İsfahandakı nüvə obyekti hücuma məruz qalmayıb - Beynəlxalq Atom Enerji Agentliyi
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın İsfahandakı nüvə obyektinə İsrailin hücum həyata keçirmədiyini təsdiqləyib.

Bu barədə Trend agentliyə istinadən xəbər verir.

“İran rəsmiləri ilə əlavə təmaslar göstərir ki, İsfahandakı obyekt zərər görməyib”, – deyə BAEA-nın baş direktoru Rafael Qrossi bildirib.

Eyni zamanda, baş direktor Fordodakı yanacaq zənginləşdirmə zavodununun daha hücuma məruz qalmadığı dilə gətirib.

Bundan əvvəl agentlik Buşehrdəki atom elektrik stansiyasının İsrailin hava hücumlarına məruz qalmadığını bildirmişdi. Eyni zamanda Natanzdaki obyektin İsrailin hücum hədəflərindən biri olduğu bildirilir.

“Natanzda radiasiya səviyyəsində artım qeydə alınmayıb”, – deyə Qrossi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti