...

"Murovdağ" gəmisinin növbəti səfəri – Cənubi Amerikadan Afrikaya

İqtisadiyyat Materials 13 İyun 2025 10:14 (UTC +04:00)
"Murovdağ" gəmisinin növbəti səfəri – Cənubi Amerikadan Afrikaya
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-in “Handysize” tipli "Murovdağ" quru yük gəmisi Uruqvaydan Konqoya 26 768 ton buğda çatdırıb.

ASCO-dan Trend-ə verilən məlumata görə, gəmi səfərinə Uruqvayın Nueva Palmiriya limanından başlayıb və 15 günlük Atlantik okeanı səyahətini uğurla tamamlayaraq, Afrika sahillərinə, Konqo Demokratik Respublikasının Matadi limanına çatıb.

Hazırda “Murovdağ” limanda yükünü boşaltmaq üçün lövbər reydində gözləmə mövqeyindədir.

Qeyd edək ki, bu nəhəng quru yük gəmisi 38 000 ton yükgötürmə qabiliyyətinə (dedveytə) malikdir. Uzunluğu 179,9 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu isə 10,47 metrdir. Maksimum sürəti 15,7 uzel olan gəmi suya oturumunun optimal dizaynı sayəsində bir çox dayaz limanlara rahatlıqla daxil ola bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti