Bakı. Trend:
İsrailin İrana hücumundan sonra nüvə proqramı haqda İran və ABŞ arasında dolayı müzakirələrin 6-cı raundunun keçirilməsi məna kəsb etmir.
Trend-in məlumatına görə, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Borucerdi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İran xoşməramlılıq göstərərək, nüvə proqramı ilə bağlı şübhələri aradan qaldırmaq üçün müzakirələrdə iştirak edib. Lakin son hücumla İsrail və ABŞ İranın qırmızı xətlərini keçiblər.
Qeyd edək ki, İsrailin İrana hərbi hava hücumu nəticəsində çoxlu sayda hərbçi, o cümlədən, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Məhəmməd Hüseyn Baqeri və SEPAH baş komandanı Hüseyn Salami ölüb.