...

Qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs saxlanılıb

Hadisə Materials 13 İyun 2025 10:03 (UTC +04:00)
Qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qadın adları ilə saxta profillər yaradaraq vətəndaşları aldadan şəxs polis tərəfindən saxlanılıb.

Trend xəbər verir ki, Babək Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində sosial şəbəkələrdə qadın adlarından istifadə edərək saxta profillər açan və bu yolla vətəndaşların pul vəsaitlərini talayan 23 yaşlı Elməddin Babayev saxlanılıb.

Araşdırma zamanı Elməddin Babayevin sosial şəbəkə hesablarında fiziki qüsurlu azyaşlıların fotolarını paylaşaraq onları öz övladı kimi təqdim etdiyi və həqiqətə uyğun olmayan məlumatlar paylaşdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır. E.Babayevin qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti