Bakı. Trend:
ABŞ-nin İsraildəki səfirliyi bütün əməkdaşları və onların ailə üzvlərinə xəbərdarlıq ünvanlayıb.
Trend bu barədə İsrail KİV-ə istinadən xəbər verir.
Diplomatik missiya, təhlükəsizlik məqsədilə növbəti bildiriş daxil olana qədər onlara hazırda olduqları yeri tərk etməmək barədə göstəriş verib.
Ötən gün səfirlik əməkdaşları və onların ailə üzvlərini Təl-Əviv, Qüds və Birşebanın hüdudlarından çıxmamağı tövsiyə etmişdi.